Azərbaycanın Milli Məclisinə “Əmək pensiyası haqqında” Qanuna 98 dəyişiklik layihəsi təqdim olunub. Bu layihəyə əsasən pensiya yaşı cinsindən asılı olmayaraq bütün vətəndaşlar üçün tədricən 65 yaşa qaldırılacaq.
Azərbaycandakı pensiyaçılar haqda JAMnews-un bu məqaləsində oxumaq olar.
layihəyə əsasən 2021-ci ilə qədər kişilərin pensiya yaşı 6 ay artırılacaq. Qadınların pensiya yaşı isə 2027-ci ilə qədər hər il 6 ay artırılacaq. Bununla da kişilərin və qadınların pensiya yaşı 65-ə çatdırılacaq.
Layihə həmçinin pensiyanın baza hissəsinin ləğvini nəzərdə tutur.
1992-ci il yanvarın 1-ə qədər pensiyaya çıxmış vətəndaşlara kompensasiyanı dövlət ödəyəcək. 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşlara isə kompensasiyanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəyəcək.
Qanun layihəsi qəbul edilərsə 2017-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçünsə 60 yaş təşkil edir. Bu, 2010-cu ildə tətbiq edilib. O vaxta qədər pensiya yaşı müvafiq olaraq 62 və 57 yaş idi.
Minimal pensiyanın həcmi 110 manat (62.80 ABŞ dolları) təşkil edir.