Azərbaycanda hər il təhsil üçün dövlət təqaüdü alan tələbələrin faizi azalır.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, cari təhsil ilində Azərbaycan universitetlərində 163,8 min tələbə təhsil alır, halbuki 2000-ci ildə onların sayı 119,7 min olub.
Ancaq bu zaman təhsilə görə dövlət təqaüdü alan tələbələrin sayı hər il azalır. Bu gün dövlət ali təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanların ancaq 36,3%-i təqaüd alır. 2000-ci ildə bu göstərici 45% təşkil edib. 2015-ci ildə isə 37,3 % təqaüd alıb.
Azərbaycanda universitet tələbələri üçün təqaüdün miqdarı onların akademik göstəricilərindən asılıdır. Bakalavr pilləsində tələbənin təqaüdü topladığı ballardan asılı olaraq, 50 manatdan 95 manata (25 avrodan 47,5 avroya) qədər dəyişir.