Azərbaycanda sensasion saxlanılma – ehtimal var ki, icra hakimiyyətinin başçısı ilk dəfə korrupsiyada ittiham olunacaq
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın rayonlarından birinin icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılmanın ehtimal olunan səbəbi – Quliyevin əvvəlki vəzifəsində məşğul olduğu korrupsiya və oğurluqdur.
Azərbaycanda bu hadisəni artıq “şok” və “misli görünməmiş” hadisə adlandırıblar. Yüksək rütbəli məmurların saxlanılmaları və həbsləri əvvəllər də baş verirdi, lakin hələ heç vaxt icra hakimiyyətlərinin başçılarını açıq şəkildə oğurluqda və rüşvətxorluqda ittiham etməmişdilər.
Hələlik heç bir rəsmi bəyanat yoxdur, lakin saxlanılma haqqında bir çox yerli media yazıb. Onlardan bəziləri səbəb və təfərrüatları müstəqil şəkildə öyrənməyə çalışıblar, digərləri isə məmurun daşınmaz əmlakının dəyərini hesablayır.
Mənimsənilmiş pullar və asfaltlaşdırılmamış yollar
2019-cu ilin aprelində Nizaməddin Quliyev Azərbaycanın Ağstafa rayonunun icra hakimiyyətinin başçısı təyin edilib. O vaxta qədər 10 il ərzində Goranboy rayonuna rəhbərlik edib. Modern.az saytınınversiyasına görə, Maliyyə Nazirliyi müəyyənləşdirib ki, həmin vəzifədə olarkən Quliyev müntəzəm olaraq dövlət vəsaitlərini mənimsəyib. Məsələn, o, saxta şəkildə 300 nəfəri işə götürüb, əməkhaqlarını isə özzü alıb. Eyni zamanda, Goranboy şəhərinin küçələrinin asfaltlaşdırılması üçün ayrılmış pulları mənimsəyib, yalnız mərkəzi küçəni asfaltlayıb.
İşin başqa təfərrüatları hələlik məlum deyil.
Goranboyda Heydər Əliyev mərkəzinin binası (heydaraliyev-centers.az)
«Təhlükəli vəzifə»
Azərbaycanda icra hakimiyyətinin başçısı, faktiki olaraq, rayonun və ya şəhərin çox böyük səlahiyyətlərə malik sahibidir. Əksər hallarda yerli sakinlər onlardan narazıdır, iki dəfə bu, ciddi kriminal nəticələrə gətirib çıxarıb.
Belə ki, misal üçün, 2013-cü ildə İsmayıllı rayonunda, Azərbaycanda bir çoxlarının hesab etdiyinə görə, rayon başçısının özbaşınalığına görə kütləvi iğtişaşlar baş vermişdi.
2018-ci ilin iyulunda isə Gəncə şəhərinin icra hakimiyyətinin başçısına sui-qəsd edilmişdi. Rəsmi versiyaya əsasən, sui-qəsdi islamçı ekstremistlər təşkil ediblər, lakin “xalq” versiyası iddia edirdi ki, bu, yenə də, özbaşınalığa görə qisas idi.