Azərbaycanda qarpızın qiymətinin hansı səbəbdən bahalaşdığını aydınlaşdırmağa çalışırlar. Qiymət azı iki dəfə bahalaşıb və indi bir qarpız 10 manata (6 dollara yaxın) başa gəlir.
Məsələ qiymətin qalxmağından daha çox qarpızın hamı üçün əlçatan olmasının bir növ ənənə olmasındadır. Bu bostan məhsulu isti iqlimi sevir və Azərbaycanın mərkəzi rayonlarında, hətta Bakı kənarlarında yaxşı yetişir. Azərbaycanda böyük ailələr üçün pendirlə qarpız ləzzətli və ucuz səhər yeməyi idi.
İqtisadçı Natiq Cəfərli Facebook səhifəsində yazıb ki, dövlətin pambıqçılığı “inkişaf etdirmək” cəhdindən sonra qarpız əkməyə yer qalmayıb:
“Sabirabad, Saatlı və digər rayonlarda zorla camaata pambıq əkdirəndə təəccüblü deyil ki, qarpızın kilosu 60-70 qəpik olub. Bunu əvvəlcədən görmək üçün isə adamın çiynində qarpız yox, baş olmalıdı…”
Satıcılar bahalaşmanı bu il yayın əvvəlində havanın çox isti və quraq keçməsi, buna görə də qarpızların “pis yetişməsi” ilə izah edirlər.
“Əgər bu il hər hansı məhsulun qiyməti bahalaşıbsa, bütün fermerlər növbəti il də onu əkir, nəticədə də bu məhsul bazarda çoxalır və qiymət də düşür. Və yaxud da onlar qiyməti ucuz məhsulu əkmir və müvafiq olaraq həmin məhsul bahalaşır. Əlbəttə ki, bundan ən böyük ziyanı elə fermerlərin özləri çəkir”.
Fermerlər özləri də təsdiqləyirlər ki, bu il ötən ilkinə nisbətən xeyli az qarpız əkiblər.