Azərbaycanda 2017-ci il yanvarın 1-nə orta əmək haqqı 498.6 manat (cari kursla $288) təşkil edir. Bu, 2016-cı ilə nisbətən 6.9% çoxdur, Dövlət statistika komitəsinin məlumatında belə deyilir.
Əmək haqqının ən yuxarı səviyyəsi mədən sahəsində, maliyyə-sığorta sektorunda, rabitə, peşəkar, elm, texnika və tikinti sahələrində qeydə alınıb.
Dövlət statistika komitəsinin məlumatına əsasən 2017-ci il yanvarın 1-də Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1514,0 min nəfər olmuş, onlardan 889,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Müqayisə üçün bilrirək ki, milli valyuta manat dollara nisbətdə son 1 il 2 ayda öz dəyərinin 64%-ni itirib (1.0491 idi, bu gün isə kurs 1.7301-dir).