Azərbaycanda müğənni və bəstəkar Müslim Maqomayevin yubileyi qeyd olunub
Paylaşmaq
Paylaşmaq
Bu gün Azərbaycanda bir çox incəsənət sevərlər görkəmli müğənni və bəstəkar Müslim Maqomayevin 75 illiyini qeyd edir.
Müslim Maqomayev 1942-ci il avqustun 17-də anadan olub. Adını daşıdığı babası Müslim Maqomayev Azərbaycannın klassik musiqinin banilərindən biridir.
Nəvə Müslim Maqomayev 1963-cü ildən sovet estradasının bütlərindən birinə çevrilib. O, həmçinin opera sənətinin də mahir ustadlarından idi, Milanın “La Skala” və Parisin “Olimpiya” teatrlarının səhnəsində çıxış edib.
Maqomayev SSRİ-də hədsiz populyar idi, deyilənlərə görə Leonid Brejnevin ona böyük rəğbəti vardı.
Maqomayev 2008-ci ilin oktyabrında dünyasını dəyişib. Bakıda Fəxri Xiyabanda babasının yanında dəfn olunub.
Həyat yoldaşı, Moskva Böyük Teatrın solisti Tamara Sinyavskaya sənətkarın xatirəsini anmaq üçün Bakıya gəlib. “Bu bizim köhnə ənənəmizdir. Biz həmişə Müslimin doğum gününü Bakıda qeyd edirik”, – Sinyavskaya deyib.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Müslim Maqomayevin 75 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Maqomayevin son mahnılarından biri – “Əlvida, Bakı”, 2007-ci il. Sözləri Sergey Yesenenindir.