Azərbaycanda minimum əməkhaqqı və pensiyalar artıb – ekspertlər narazıdır
Azərbaycanda minimum əməkhaqqı artıb
Azərbaycanda 2023-cü il yanvarın 1-dən minimum aylıq əməkhaqqı və pensiyalar artırılıb. Minimum əməkhaqqı artımı 15%, minimum pensiya artımı isə 16% təşkil edib. Mütəxəssislərin fikrincə, əməkhaqqı artımı inflyasiya tempindən aşağıdır. Müxalifətçi siyasətçi Qubad İbadoğlu da hesab edir ki, Azərbaycan Avropa Sosial Xartiyasını pozur. Bu sənədə görə minimum əmək haqqı ölkədəki orta əməkhaqqıdan 40 faizdən aşağı ola bilməz.
- Azərbaycan və Ermənistan arasında yeni müharibə? Bakıdan “Foreign Policy” proqnozları haqda təhlil
- “Qərar qəbul etmək üçün şərtlər pisləşir”. Qarabağdakı vəziyyətlə bağlı Bakıdan şərh
- Bakı, Yerevan və Tbilisinin Yeni İl hazırlığı neçəyə başa gəlib?
Azərbaycan prezidenti İlham Əliyev bu gün ölkə üzrə minimum əməkhaqqı həcminin 300 manatdan 345 manata və ya 15% artırılması haqda sərəncam imzalayıb.
Sonuncu dəfə Azərbaycanda minimum əməkhaqqı düz bir il əvvəl – 2022-ci il yanvarın 1-də təxminən eyni məbləğdə artırılıb.
Bununla yanaşı ölkə hökumətinə əmək pensiyalarının, habelə sosial müavinətlərin və təqaüdlərin məbləğinin 16,6 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılması ilə bağlı təklif təqdim etmək tapşırılıb.
Avropa Sosial Xartiyasının pozulması
2022-ci il noyabrın 1-nə olan rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 830 manat (488 dollar) təşkil edib. 2023-cü il yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 345 manat (203 dollar) təyin edilib. Beləliklə, minimum əməkhaqqı orta aylıq əmək haqqının cəmi 41,6 faizini təşkil edir.
İqtisadçı ekspert Qubad İbadoğlu minimum əməkhaqqının bu artımını qeyri-kafi hesab edir, çünki Avropa Sosial Xartiyasının (ASX) tələbində Azərbaycanda minimum əməkhaqqının aylıq 500 manata qədər artırılması əks olunub.
“Azərbaycanın üzv olduğu Avropa Sosial Xartiyası qarşısında götürdüyü öhdəliyə görə ölkədə minimum əməkhaqqı orta aylıq əmək haqqının 60 faizindən yüksək olmalıdır. Bu isə o deməkdir ki, minimum əmək haqqı ən azı 500 manat təşkil etməlidir”, – İbadoğlu Facebook səhifəsində yazıb.
Minimum əmək haqqının artımı maaşları tarif dərəcələri ilə ödənənlərə təsir göstərəcək.
İbadoğlu hesab edir ki, minimum əmək haqqı həmçinin saata görə müəyyənləşdirilməlidir. Bundan sonra bu göstərici 1 saata 1 manat 76 qəpik edəcək, vergilərdən sonra təxminən 1,7 manat, yəni 1 dollar”, – ekspert əlavə edib.
Artım inflyasiya tempinə adekvat deyil
Azərbaycanda minimum əməkhaqqının 345 manata qaldırılması inflyasiya səviyyəsinə adekvat deyil. Bu fikirləri Turan-a müsahibəsində iqtisadçı ekspert, Respublikaçı Alternativ partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli deyib.
2022-ci il noyabrın 1-nə olan rəsmi statistikaya əsasən, Azərbaycanda illik inflyasiya 13,7 faiz təşkil edib. Müstəqil ekspertlər hesab edirlər ki, real inflyasiya rəsmi olaraq qəbul ediləndən bir neçə dəfə yüksəkdir.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube