Azərbaycanda koronavirus: yoluxma halları artıq 19 oldu
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlanıb. Beləliklə ölkədə artıq 19 yoluxma halı qeydə alınıb. Yoluxanlardan biri ölüb, üçü sağalıb, qalanlar xəstəxanada saxlanılır.
Yoluxanlar arasında həm Azərbaycan, həm də başqa ölkələrin vətəndaşları var, amma onların hamısı İran və ya İtaliyadan gəlib.