Azərbaycanda koronavirus: daha iki nəfər yoluxub, üç nəfər sağalıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə 13 yoluxma halı təsdiqlənib. Üç nəfər sağalıb və xəstəxanadan evə buraxılıb. Bu haqda “Turan” informasiya agentliyi Nazirlər Kabineti yanında Koronavirusun Qarşısının Alınması üzrə Operativ Qərargaha istinadən yazıb.
Yoluxanlar arasında həm Azərbaycan, həm də başqa ölkələrin vətəndaşları var, amma onların hamısı İrandan gəlib. Azərbaycam-İran sərhədi hazırda bağlıdır, amma iki ölkə vətəndaşlarının öz vətəninə qayıtması üçün açıq dəhliz mövcuddur.
Virusun yayılması ilə mübarizə çərçivəsində Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar kütləvi şənlikləri təxirə salmaq qərarına gəlib.
Operativ Qərargah əhaliyə toy məclislərini təxirə salmağı da tövsiyə edib.
Daha əvvəl bütün ölkə üzrə təhsil müəssisələri, uşaq bağçaları, teatrlar və konsert zalları bağlanıb.