Azərbaycanda feministlər razılaşdırılmamış yürüşə hazırlaşırlar
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın feminist hərəkatı martın 8-də Bakının mərkəzində qadın hüquqlarına həsr olunmuş razılaşdırılmamış dinc yürüş keçirməyə hazırlaşır.
Ən başdan feministlər şəhər hakimiyyətinə aksiya keçirmək niyyətləri haqda məlumat veriblər, amma onlara aksiyanı şəhərin mərkəzində yox, şəhər kənarında, Lökbatan qəsəbəsində keçirmək tövsiyə olunub.
Yürüş təşkilatçısı Vəfa Nağı bildirib ki, onlar icra hakimiyyətinə məsləhət üçün müraciət etməyiblər, sadəcə məlumat veriblər. Feministlər öz aksiyalarını Lökbatanda keçirməkdən imtina ediblər. Onlar yürüşü planlaşdırdıqları marşrut üzrə keçirmək niyyətindədirlər – Bakının əsas gəzinti küçəsi ilə addımlayaraq cəmiyyətin diqqətini qadınlara qarşı tez-tez baş verən və çox vaxt ölümlə nəticələnən ailədaxili zorakılığa, erkən evliliklərə və digər gender problemlərinə çəkmək.
Feministlərin qadınlara münasibətdə zorakılığa qarşı bundan əvvəlki aksiyası 2019-cu il oktyabrın 20-də baş tutub. Həmin aksiya da razılaşdırılmamış olub, polis yürüş iştirakçılarını dağıtmağa çalışsa da, onların bir hissəsi nızərdə tutulmuş marşrut üzrə yürüşü həyata keçirə bilib.