Üç gün əvvəl Azərbaycanın eyni zamanda üç internet KİV-də “Son bir ildə Azərbaycanda 5 min eşşək yoxa çıxıb” başlıqlı xəbər dərc olundu. Başqa detallarla yanaşı xəbərdə deyilir ki, “əgər 2015-ci ildə Azərbaycanda 40 mindən çox eşşək vardısa, 2016-cı ildə bu rəqəm 35,8 minə düşüb”, – Qafqazinfo.az Dövlət Statistika Komitəsinə istinadən bildirir. Eyni xəbərdə əlavə olunur ki, 2008-ci ildə ölkədəki eşşəklərin sayı 47,8 min olub.
Xəbər anındaca sosial şəbəkə istifadəçilərin dilinə düşüb və “yoxa çıxan 5 min eşşək” üç gün ərzində Azərbaycanın yeni internet-meminə çevrilib. İstifadəçilərin bəzi şərhlərini təqdim edirik:
“Onlar yoxa çıxmayıb, dönərə gediblər (türklərin fast-fudu)” “Onları yüksək vəzifələrə təyin ediblər” “Onları seksual qulluğa satıblar”
Eşşəklərin statistikası Azərbaycan KİK-də üç il əvvəl, Dövlət Statistika Komitəsi 2014-cü ilin birinci yarısında Azərbaycanın idxal eşşəklərin alınmasına 98 min manat (o zamankı məzənnə ilə 125 min dollardan artıq) xərclədiyini açıqladığızaman aktuallaşmışdı.
Jurnalist-bloger Toğrul Vəliyev Dövlət Komitəsi ilə KİV-in məlumatlarının üst-üstə düşmədiyinə diqqət çəkib: “Eşşəklərin idxalı xüsusi problem təşkil eləmir. Dövlət Komitəsinə əsasən 2016-cı il yanvarın 1-ə qədər Azərbaycanda 35816 eşşək olub (bu göstəricilər 2016-cı ilin sentyabrında dərc edilib). Eyni göstəricilərə görə 2014-cü ildə eşşəklərin sayının 3433 baş, 2015-ci ildə isə 4176 baş azaldığı məlum olur. Son üç ildə biz bircə dənə də olsun eşşək idxal etməmişik, bu, beynəlxalq məlumatlarla da təsdiqlənir. 2017-ci il yanvarın 1-ə olan eşşəklərin sayı hələ ki, ictimai şəkildə dərc olunmayıb. Bəs 5 min rəqəmi haradan çıxıb?”. Vəliyev dəqiqləşdirib ki, söhbət təsərrüfatda istifadə olunan eşşəklərdən gedir.