AzərbaycanaÇindən heyvan, dəniz məhsulları, ət və ət məhsullarının gətirilməsi müvəqqəti olaraq qadağan edilib. Qadağanı ölkəni “2019-nCoV” koronavirusundan qorumaq üçün Qida Təhlükəsizliyi Agentliyi (QTA) qoyub.
Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi ölkə vətəndaşlarına Çin restoranlarına getməməyi və Çindən internet vasitəsilə heç nə sifariş etməməyi tövsiyə edib.
Tezliklə Azərbaycana koronavirusun müəyyən edilməsi üçün test-sistemlər gətiriləcək – mərkəzin nümayəndəsi bildirib.
Hazırda Çində 132 nəfər koronovarusdan həyatını itirib. Çinli həkimlər hesab edirlər ki, yaxın 10 gün ərzində virus pik yayılma həddinə çatacaq, daha sonra isə stabitləşəcək.