Azərbaycan viza verilməsi prosedurunu sadələşdirib
Paylaşmaq
Paylaşmaq
On üç ölkə vətəndaşı mayın ortasından başlayaraq Azərbaycana gəlmək üçün vizanı ölkənin beynəlxalq aeroportlarında ASAN elektron sistemi vasitəsilə ala biləcəklər. Əvvəlki kimi xarici işlər nazirliyinin konsulluq şöbələrinə ehtiyac qalmayacaq.
ASAN xidmət2012-ci ildə “vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin qarşısının alınması, etik qaydaların gözlənilməsi və vətəndaşlara qarşı nəzakətli davranılması, gələcəkdə peşəkar səviyyənin yüksəldilməsi, şəffaflığın, dövlət orqanlarına qarşı etimadın təmin edilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması məqsədilə” yaradılıb.
Beş illik fəaliyyəti dövründə bu xidmət bir çox Azərbaycan vətəndaşının etibarını qazanıb.
Bəhreyn, İsrail, Malayziya, Oman, Yaponiya, Çin, Qətər, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Küveyt, BƏƏ vətəndaşları və bu ölkələrdə vətəndaşlığı olmadan yaşayan şəxslər ölkəyə gələn zaman vizanı sadələşdirilmiş sxem üzrə üç saat ərzində ala bilər.
Maraqlıdır ki, bu ölkələr arasında Azərbaycanın yaxın qonşusu İran yoxdur. 2012-ci ildən İranın Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti cənub qonşusu ilə viza rejimini sadələşdirməyə tələsmir. Qardaş Türkiyə vətəndaşları üçün ölkəyə girişdə alınan vizaların mövcudluğu da çoxlu suallar doğurur.
100-dən çox ölkənin, o cümlədən də ABŞ və Avropa İttifaqı ölkələrinin vətəndaşları ASAN xidmətin Viza elektron sistemi ilə vizanı sadələşdirilmiş formada üç gün ərzində ala bilir. Qiyməti 20 dollar (34 manata yaxın) olan bu viza Azərbaycan ərazisində 30 gün müddətində qalmağa imkan verir.
Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan, Ukrayna və Tacikistan vətəndaşlarının Azərbaycana gəlməsi üçün vizaya ehtiyac yoxdur.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev hesab edir ki, bu yenilik Azərbaycanda turizmin inkişafına təkan verəcək.