Azərbaycan və Belarus hərbi əməkdaşlığı davam etdirmək haqda razılığa gəlib
Paylaşmaq
Paylaşmaq
Azərbaycan və Belarus hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək qərarına gəlib. Bu qərar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusa səfəri zamanı qıbul edilib.
Oktyabrın 9-da Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə nazirini qəbul edib. O, iki ölkə xalqları arasında qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Prezident qeyd edib ki, Belarus tərəfi azərbaycanlılara qarşı böyük hörmək bəsləyir, Azərbaycan prezidenti isə ən çətin zamanlarda Belarus dövlətinə kömək əlini uzadıb.
“Biz bütün bunları çox yaxşı xatırlayırıq və Azərbaycan üçün nəsə eləmək əlimizdən gəlirsə, sizin xalqınızın təhlükəsizlikdə yaşaması, dövlətinizin inkişaf etməsi üçün hər şey etməyə hazırıq”, – BELTA agentliyi Belarusun dövlət başçısına istinadən yazıb.
Lukaşenko Belarus və Azərbaycanın hərbi-texniki sahədə də əməkdaşlığı davam etdirəcəyini əlavə edib.
“Bizim əməkdaşlığımızın necə xarakter daşıması ilə bağlı heç kimin qarşısında hesabat vermək istəmirəm. Bircə onu demək istəyirəm ki, bizim münasibətlərimiz heç bir beynəlxalq sazişi, Təhlükəsizlik Şurasının və ümumilikdə BMT-nin heç bir qətnaməsini qəti şəkildə pozmur. Biz suveren dövlətik və bizim əməkdaşlıq istiqamətlərini zamanın ruhuna, dövlətlərimizin tələblərinə uyğun müəyyən etmək haqqımız var”, – Lukaşenko deyib.
Belarusun dövlət başçısı bildirib ki, Minsk Azərbaycana özünü təhlükəsizlikdə hiss etməsi üçün kömək etməyə hazırdır. “Buna görə də biz sizinlə birlikdə bu plan üzərində işləyirik və işləməyə davam edəcəyik”, – o əlavə edib.
Azərbaycanın müdafiə naziri qeyd edib ki, hərbi-texniki sahədə yaxşı layihələr və əməkdaşlıq mövcuddur. O, həmçinin bütün bunların beynəlxalq qanunlara zidd olmadığını da vurğulayıb.
“Tam məsuliyyətlə bəyan edirəm ki, hərbi-texniki əməkdaşlıq xətti ilə əldə etdiyimiz avadanlıq yüksək keyfiyyətlidir, bu avadanlıqlar Azərbaycanın Silahlı Qüvvələrində uğurla tətbiq olunur”, – o bildirib.
Həsənovun sözlərinə görə, bu, ölkələr arasında əməkdaşlığı davam etdirmətə, hətta genişləndirməyə imkan verir.
Daha əvvəl Azərbaycan və Belarusun müdafiə nazirləri 2018-ci il üçün ikitərəfli əməkdaşlıq Planını imzalayıblar. Nazirlər beynəlxalq və regional təhlükəsizlik, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili problemləri ilə bağlı, həmçinin müştərək maraq kəsb edən digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar, – rəsmi məlumatda belə deyilir.
Belarus və Azərbaycanın hərbi sahədə əməkdaşlığı artıq on ildən çoxdur ki, davam edir. Məsələn, hələ 2005-ci ildə Belarus Azərbaycana 60 ədəd T72 və T72M takları, o cümlədən də başqa texnikalar satıb.
Bu ilin əvvəlində Belarus Rusiya vətəndaşı olan bloger Aleksandr Lapşini Azərbaycana təhvil verib.