Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 11-də Dağlıq Qarabağa qanunsuz səfər etdiyi, dövlət sərhədini pozduğu üçün Bakı məhkəməsinin məhkum etdiyi səyahətçi-bloger Aleksandr Lapşinin əfvi haqda sərəncam imzalayıb.
“Məhkum olunmuş İsrail vətəndaşı Aleksandr Lapşin (1976-cı il təvəllüdlü) cəzasının qalan hissəsini çəkməkdən azad edilir”, – dövlət başçısının rəsmi saytında yerləşdirilmiş sərəncamında belə deyilir.
Maraqlıdır ki, sərəncamda Lapşinin ikinci vətəndaşlığı (Rusiya) qeyd olunmayıb.
Sərəncam imzalandlığı gündən qüvvəyə minir.
Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsiiyulun 20-də blogeri üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi. Məhkəmə qərarı ilə o, cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməli idi. Lapşin qərardan şikayət vderməmişdi, amma bildirmişdi ki, İsrailə ekstradisiya olunması üçün çalışacaq. İsrail dövləti tərəfindən ekstradisiya ilə bağlı heç bir təklif daxil olmadı.
Məhkəmədəki son sözü zamanı Lapşin demişdi ki, öz əməli ilə Qarabağ köçkünlərinə mənəvi əzab verdiyi üçün çox təəssüflənir, eyni zamanda səfərinin sadəcə turistik xarakter daşıdığını və heç bir siyasi kontekstinin olmadığını da qeyd etmişdi. Buna görə də o, hesab edir ki, hüquqi deyil, yalnız mənəvi məsuliyyət daşıyır.
Lapşin 2016-cı il dekabrın 16-da Minsk aeroportunda Azərbaycanın sorğusu əsasında saxlanılmışdı, çünki o Azərbaycan hakimiyyəti ilə razılaşdırılmadan Dağlıq Qarabağa səfər etdiyi üçün “qara siyahıya” salınmışdı. Bu siyahıya adı düşən şəxslərin Azərbaycana girişi qadağandır. Fevralın 7-də bloger xüsusi reyslə Bakıya gətirilmişdi.
Bununla belə, 2015-ci ilin iyununda bloger bilərəkdən Azərbaycana Gürcüstan ərazisindən Ukrayna pasportu ilə, sənədlərdəki fərqli orfoqrafiya qaydaları sayəsində daxil ola bilmişdi.
Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər dair İstintaq İdarəsi blogerə qarşı əvvəlcə Azərbaycan cinayət məcəlləsinin iki maddəsi ilə iş açmışdı: dövlətə qarşı yönəlmiş təkrarlanan açıq çağırışlar və Azərbaycanın dövlət sərhədini qanunsuz keçmək. Amma məhkəmə onu yalnız ikinci, daha yüngül ittihamla təqsirli bildi və üç il müddətinə azadlıqdan məhrum etdi.