Azərbaycan Parlamentində Gürcüstan hakimiyyətini pisləyiblər
Paylaşmaq
Paylaşmaq
Gürcüstan baş nazirinin gələcəkdə tanınmamış Cənubi Osetiyadan keçməklə Ermənistanın Rusiyaya çıxışı üçün şəraitin yaradılması ehtimalı ilə bağlı bəyanatı Azərbaycan Parlamentində etiraza səbəb olub.
Parlament deputatı Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycan heç nə olmayıbmış kimi davranmalı deyil. O, Gürcüstan səfirinin izahat üçün XİN-ə dəvət olunmasını təklif edib.
Giorgi Kvirikaşvili Ermənistan prezidenti Serj Sarqsyanın Tbilisiyə az əvvəlki səfərindən sonra Gürcüstan hökumətinin İsveçrənin SGS monitorinq şirkəti ilə imzaladığı Cənubi Osetiyadan keçməklə Rusiyaya yük daşınmasını nəzərdə tutan müqaviləni şərh edib.
https://jam-news.net/?p=78038&lang=az-AZ
Müqavilədə qeyd olunub ki, yük daşımaları ancaq Rusiya-Gürcüstan sərhədində Kazbeqi-Yuxarı Lars yolunda fors-major vəziyyəti yarandığı zaman baş tutacaq.
Ermənistan ekspertləri bu bəyanatı Rusiyadan Ermənistana Gürcüstan ərazisi vasitəsilə dəmiryolu xəttinin açılması ehtimalı kimi dəyərləndirib.
Digər deputat Fərəc Quliyev Milli Məclisi bununla bağlı rəsmi etiraz bildirməyə çağırıb.
Azərbaycanın Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, əgər Gürcüstan buna imkan verərsə, öz ərazi bütövlüyünün pozulması ilə barışmış olacaq.
Parlamentin bir neçə digər üzvü də bu ruhda çıxış edib.
Milli Məclisin sədri Oqtay Əsədov sonda deyib: “Bəlkə Gürcüstanda kimsə bizim münasibətləri korlamaq istəyir. Amma mən inanmıram ki, Gürcüstan hökuməti bu addımı atacaq. Biz Qarsa qədər dəmiryolu çəkmişik. Gürcüstan bundan öz xeyrini götürür. Dostluq qrupuna tapşırıq verərik, məsələni aydınlaşdırsın”.