Azərbaycan matəm içində
Bir qədər əvvəl (dekabrın 4-də) qurbanların olmadığını və platformada qəza vaxtı 42 nəfərin olduğunu (bu, dekabrın 5-i olub) bildirən SOCAR özünün rəsmi səhifəsində itkin düşən və xilas olunanların siyahısı dərc edib. Rəsmi məlumata görə, ümumilikdə 32 nəfər xilas olunub, itkin düşənlər 30 nəfərdir (cəmi 62). Platformadan təxliyə olunanların ümumi sayından 8 nəfər sınıq, yanıq, hipotermiya və beyin silkələnməsiylə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.
Ancaq dekabrın 6-da rəsmi mətbuata şahidlərdən detallar məlum oldu.
“Güclü külək əsirdi və partlayış oldu. Bizə təxliyə olunmaqla bağlı əmr verildi. Tüstüdə boğula-boğula biz cənub şlüpkasına çatdıq. Amma tüstüyə görə biz şlüpkaya çata bilmədik və şimal tərəfə getdik. Orada iki şlüpkaya oturduq və bununla da xilas olunduq, – xəstəxanada sağ qalan və beyin silkələnməsi alan Rəşid Hüseynov xatırlayır. – “Biz həmin o iki şlüpkada suya endik, amma külək o biri düşürülən qayığı bizimkinə vurmağa başladı, nəticədə o biri şlüpkada olanlar suya düşdü. Biz də öləcəyimizi düşünürdük.
Prezident İlham Əliyev dekabrın 6-nı matəm günü elan etdi. Prezidentin qərarında səfirliklərə bayraqları endirməyi, bu günə olan əyləncə tədbirlərini təxirə salmaq göstərişi verilib, telekanallara isə efirə əyləncə verilişlərini verməmək məsləhət görülür.
Buna baxmayaraq, Azərbaycan televiziyasında musiqi (klassik) çalınır və meqa-hit filmlər verilir.
Sosial şəbəkələr informasiyanın gizlədilməsini hiddətlə qarşıladı və tədqiqatın nəticələrinə şübhəli yanaşdı. Bir çoxları hələ dekabrın 5-də niyə matəm elan olunmadığını anlamırdılar. Platformadakı qəzanı digər faciələrlə – bir neçə il əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin qətli, b u ilin may ayında yaşayış binasında 16 insanın ölümüylə nəticələnən yanğına müqayisə etdilər.
“Azərbaycanda özünü ölümcül riskə atmaq üçün buruqda neftçi işləmək mütləq deyil, – neftçi mühəndis Dmitri deyir, – Həkimə getmək, iş dalınca maşınla çıxmaq, piyada keçidi ilə keçmək, parkda itlə gəzişmək və nəhayət sadəcə üzlənən evdə yatmaq olar.
“Neft Akademiyasında terror oldu, dönər satan şübhəli bilindi, saxlanıldı. Binəqədidə penoplast yandı, JEK müdiri həbs etdilər. Günəşli platformasında yanğın oldu. Allah kasıb fəhlələri qorusun, – məşhur foto-reportyor və bloqqer Turxan Qarışqa yazır.
Rəsmi məlumatlara görə, qəza məhz “dalğalar sualtı qaz kəmərinin dayaq borusunu qırandan sonra başladı. Bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat-xidmətinin rəhbəri Eldar Sultanov bildirdi. Eyni zamanda “SOCARa neft sənayesi avadanlığının satışı ilə məşğul olan “Ado-G Group of Companiesin idarə heyətinin üzvü Fikrət Məmmədov özünün “Facebook səhifəsində şirkəti korrupsiyada günahlandıraraq bildirdi ki, platformada işçilərin təhlükəsizliyində qənaət edirlər, həm də platformanın yanındakı ərazini ətrafda üzən işlənmiş dəmir əşyalardan təmizləmirlər.