Azərbaycan idmançıları maaşların gecikdirilməsinə etiraz edir
Paylaşmaq
Paylaşmaq
Rəsul Çunayev, Dünya çempionu və ilk Avropa yunlarının qalibi. Foto www.baku2015.com saytındandır
Azərbaycan millisinin aralarında dünya çempionlarının da olduğu onlarda güləşçisi Azərbaycan Güləş Federasiyasının binası qarşısında kor-təbii mitinq keçirərək, maaşlarının ödənilməsini tələb ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, onlara bir neçə aydır ki, əmək haqqı ödənmir. İdmançılar jurnalistlərə bildiriblər ki, Gənclər və İdman Nazirliyi onların tələbinı məhəl qoymur. Yunan-roma güləş növü üzrə Dünya çempionu Rəsul Çunayev deyir ki, artıq 5 aydır ki, maaş almır. Çunayev qeyd edib ki, şərait olmadığı üçün yarışlara hazırlaşa bilmir, halbuki növbəti Dünya Çempionatına cəmi bir ay qalıb.
“Bizdən qələbə gözləyirlər. Belə şəraitdə necə qələbə qazanmaq olar? Biz artıq yarım ilə yaxındır ki, əməkhaqqı almırıq. Bu yaxınlarda travma almışam, gözləyirdim ki, məni əməliyyat etsinlər. Əməliyyat etmədilər. Özüm öz vəsaitim hesabına Türkiyəyə əməliyyata getdim”, – Çunayev “Turan” agentliyinə bildirib.
Tanınmış idmançı Hacı Əliyev yığmadakı həmkarını dəstəkləyib: “İş o yerə çatıb ki, bəzi idmançılar avto-yuyucuya işə düzəlib, çünki nə cürsə yaşamaq və ailə dolandırmaq lazımdı. Ötən il Riodan qayıdan uşaqlar mükafat almayıb. İdmançılar tibbi müayinədən keçirilmir, normal zallar yoxdur”, – Hacı Əliyev deyir.
Etiraz edənlər sırasında bu yaxınlarda Türkmənistan yığmasına keçmək təklifi alan Olimpiya çempionu Toğrul Əsgərov da var. Maaşların verilməməsi və idman sahəsindəki məmurların güləşçilərin vəziyyətinə laqeyd münasibəti üzündən o çox güman ki, bu təklifə müsbət cavab verməli olacaq.
Əgər federasiya maliyyə problemlərini həll etməzsə, idmançılar avqustun 21-dən 26-a qədər Parisdə davam edəcək Dünya Çempionatını boykot etməklə hədələyiblər.
Bəzi hökumətyönlü jurnalistlər və ictimai xadimlər idmançıların aksiyasını pisləyiblər. Məsələn, keçmiş jurnalist və parlament üzvü Etibar Hüseynov narazı idmançılara açıq məktub yazıb. O, onları vətənpərvər olmamaqda və merkantilizmdə ittiham edib. “Məgər çempion olana qədər siz yüksək əməkhaqqı almısız? Bugünkü kimi komfort həyat sürmüsüz? Bəs indi nə olub. Ölkə bir az iqtisadi çətinlik çəkəndə siz dil uzadırsız? İnciməyin, amma mən bir çox başqaları kimi sizin danışdıqlarınızı gələcək uğursuzluqlardan sığortalanma kimi qiymətləndirirəm”, – müsavat.com saytı Hüseynovdan sitat gətirib.
Jurnalistlərin Azərbaycan Güləş Federasiyasının prezidenti eyni zamanda vergilər naziri Fazil Məmmədovdan hər hansı şərh almaq cəhdi cavabsız qalıb.