Azərbaycan daha az müvəqqəti yaşamaq hüququ verməyə başlayıb
Paylaşmaq
Paylaşmaq
Ötən yarım il ərzində 75 nəfər Azərbaycan vətəndaşlığı, 1694 nəfər isə müvəqqəti yaşamaq hüququ alıb. Bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 31 faiz azdır.
Müvəqqəti yaşamaq hüququ alanlar sırasında ən çox Gürcüstan vətəndaşlarıdır – 347 nəfər, amma Rusiya, Türkiyə, Ukrayna və İran vətəndaşları da var.
Azərbaycanda müvəqqəti yaşamaq hüququ (daha sonra isə vətəndaşlıq) almaq asan deyil. Ölkədə bir neçə il yaşamaq, çox sayda müxtəlif sənədlər təqdim etmək, öz arzunu inandırıcı şəkildə əsaslandırmaq, Azərbaycan dilindən imtahan vermək lazımdır.
Əlavə 86 əcnəbi qaçqın statusu almaq üçün müraciət edib. Bunlar əsasən, Liviya, Əfqanıstan, Pakistan və İran vətəndaşlarıdır. Yəni müharibə gedən və ya siyasi vəziyyətin gərgin olduğu ölkələrin vətəndaşları.
Azərbaycanda ancaq öz ölkəsində təhlükə ilə üz-üzə qalan insanlar qaçqın statusu ala bilər – “Həyat” humanitar yardım ictimai birliyinin sədri Azər Allahverənov izah edir. Yoxsulluq, işsizlik və digər iqtisadi səbəblər keçərli deyil.