Azərbaycan dağlarında itkin düşmüş üç alpinistin meyiti 4 ay sonra tapılıb
Paylaşmaq
Paylaşmaq
Üç azərbaycanlı alpinist Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrailzadənin meyitləri dörd ay sürən axtarışlardan sonra Azərbaycanın Şahdağ Milli Parkında, dağlarda tapılıb.
Onların həlak olmasının səbəblərini aydınlaşdırmaq üçün “ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmuş səhlənkarlıq” – Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi qaldırılıb.
Bu üç gənc 2017-ci il dekabrın 23-də Tufandağ zirvəsinə yüksəlmək niyyəti ilə Azərbaycanın Quba rayonu ərazisindəki Şahdağ Milli Parkına gəlib.
Dekabrın 26-da onlarla əlaqə kəsilib. Onları iki qurumun – fövqəladə hallar, bir də ekologiya və təbii sərvətlər nazirliklərinin əməkdaşları, o cümlədən də könüllü alpinistlər axtarıb. Buna baxmayaraq, gəncləri yalnız 2018-ci il mayın 16-da tapmaq mümkün olub.
Həlak olmuş alpinistlər Gilavar – Air & Extreme Sports Club klubunun üzvləri olub. Zirvəyə yüksəlmələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib.
Azərbaycan alpinistlərinin çoxu bir fikirdə uzlaşır: zirvəyə yüksəliş baş tutmamalı idi. Arqumentlər iki məsələyə əsaslanır:
[yes_list]
İtkin düşən alpinistlər peşəkar deyildi
Qar uçqunu riski yüksək olan Tufandağ zirvəsinə ümumiyyətlə qışda getmək olmaz
[/yes_list]
“Bu dağlar öz coğrafi yerləşməsi, iqlim şəraiti və relyefinə görə qış alpinizmi üçün uyğun deyil. Buna görə də qışda Tufana (Tufandağ – redaktor qeydi) və Bazardüzünə getmirlər. Bu dağlara yüksələn klassik marşrutlar qışda “rus ruletkasına” çevrilir”, – alpinizm üzrə üçüncü dərəcəyə sahib idmançı Emil Xəlilov Facebook səhifəsində yazıb.