Azərbaycan Dəmiryolları yeni maliyyə krediti axtarışındadır
Paylaşmaq
Paylaşmaq
Fransanın İnkişaf Agentliyi “Azərbaycan Dəmiryollarına” 112,5 milyon avro kredit ayıracaq. Vəsait Azərbaycanda iki lokomotiv deposunun inşasına yönləndiriləcək, – İnterfaks-Azərbaycan agentliyi hökumətdəki anonim mənbəyə istinadən xəbər verir.
Bir həftə öncə Azərbaycan Dəmiryolları (ADY) beynəlxalq maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsinə vakansiya elan etdi. Elanda o da bildirilirdi ki, məsləhətçinin öhdəliyinə şirkətin cari maliyyə öhdəliklərinin re-maliyyələşdirmə imkanlarının axtarışı da daxil olacaq. Beynəlxalq analitiklər ehtimal edirlər ki, ADY bankrot olduğunu elan etməyə və Azərbaycan Beynəlxalq Bankının misalında olduğu kimi mövcud borcların rekonstruksiyası haqda danışıqlara hazırlaşır.
İqtisadçı ekspert Natiq Cəfərli bu elanı belə şərh edib: “Bunun mənası odur ki, ADY borcların qaytarılması müddətini uzatmağa, onların “rekonstruksiyasına”, yəni dövlətin çiyninə yıxmağa çalışır”.
Cəfərli xəbərdarlıq edir ki, belə bir aqibət digər dövlət şirkətlərini də – SOCAR, Azerbaijan Airlines, AzerEnerji, AzerSu, gözləyir. “Onların ümumi borcu 13-14 milyard dollar civarındadır, yəni Azərbaycanın dövlət borcundan daha çox”, – Cəfərli deyir.