Azərbaycanlı vicdan məhbuslarının anaları övladlarının necə və niyə 10 il cəza aldığı haqda danışır
“Qul bayramınız mübarək!” yazısı eks-prezident Heydər Əliyevin heykəli üzərində onun ad günü ərəfəsində – 2016-cı il mayın 10-da peyda oldu. Elə həmin gün qraffiti müəllifləri – gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov narkotik satışı ittihamı ilə həbs edildilər.
Azərbaycanda çoxları Bayramla Qiyasın 2018-ci ilin mayında Birinci Respublikanın 100 illik yubileyi münasibətilə əfv ediləcəyini gözləyirdi. Əfvin olacağı ilin əvvəlində parlamentdə bir neçə deputat – hakim partiyanın liderləri tərəfindən anons edilmişdi. Məsələn, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov digərləri ilə birlikdə “müxalifətin pis təsirinə düşmüş gənc fəalları” azad etməyə çağırmışdı.
Amma Azərbaycanda sayları artıq 140 nəfərdən çox olan siyasi məhbuslardan yalnız 12 nəfəri azadlığa çıxdı. “Heykəl məhbusları” isə hələ də məhbəsdədir.