Azərbaycanlı siyasi mühacir Belçikada saxlanılıb
Siyasi mühacir Fuad Əkbərov İnterpol tərəfindən Azərbaycan hakimiyyətinin tələbi ilə Belçikada saxlanılıb. Əkbərov Azərbaycan Naminə Demokratiya (AND) hərəkatının fəalıdır. Onun saxlanmasının rəsmi səbəbi hələlik məlum deyil, amma fəalın yoldaşları bunu onun siyasi fəaliyyəti ilə əlaqələndirirlər.
AND hərəkatının Facebook səhifəsində bildirilib ki, Əkbərovun saxlanılmasını Azərbaycan hakimiyyətinin bu qurumun fəaliyyətindən narahat olması kimi dəyərləndirirlər.
Əkbərov martın 4-də saxlanılıb. Hazırda hərəkat onun azad edilməsi üçün çalışır – “Kavkazskiy uzel” yazıb.
Bu, siyasi mühacirlərin Azərbaycan hakimiyyətinin tələbi ilə xaricdə saxlanıldığı artıq ilk hal deyil. Bəzi hallarda onları vətənə ekstradisiya edirlər. Hərçənd, AND hərəkatının fikrincə, Əkbərovla bağlı məsələdə bu mümkün deyil, çünki o, Azərbaycan vətəndaşı olaraq qalsa da, Almaniyada siyasi sığınacaq alıb.
• Polşada saxlanılan azərbaycanlı siyasi mühacir zaminə buraxılıb
• Azərbaycanlı vəkil və erməni jurnalist cəsarətli qadın beynəlxalq mükafatına layiq görülüblər