Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicə xərcini ödəyəcək
6 noyabr
Heydər Əliyev Fondu maşın vuran hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicə xərclərini öz üzərinə götürüb. Hazırda Gülalıyev komadadır. Onu xüsusi aviareyslə İstanbula göndəriblər – “Turan” xəbər verib.
2004-cü ildə yaradılan Heydər Əliyev Fonduna Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir.
Oqtay Gülalıyev qəza nəticəsində kəllə-beyin travması alıb. Bir neçə gün əvvəl onu Bakıda əməliyyat ediblər, amma vəziyyəti yaxşılaşmayıb. Heydər Əliyev Fondu Türkiyədən həkim qrupu dəvət edib və onlar hüquq müdafiəçisinin müalicəsini İstanbulda davam etdirməyi məsləhət görüblər.
Hüquq müdafiəçisinin həmkarları, bəzi fəallar və jurnalistlər hesab edirlər ki, Gülalıyevin vəziyyətinin ağırlaşması Bakıdakı həkimlərin səhlənkarlığının nəticəsidir.
• Keçmiş gürcü prokurorunun etirafları: işgəncələr, oğurlanmalar, qurama işlər
• 13 milyon – keçmiş Sovet İttifaqı Stalinin siyasi repressiyalarının qurbanlarını yad edir
31 oktyabr
Azərbaycanlı hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub. O, əməliyyat olunub və hazırda onun həyatı təhlükədə deyil. Bəziləri hesab edir ki, bu, təsadüfi hadisə deyil, qəsd olub.
Hadisənin təfərrüatları
Oqtay Gülalıyev Azərbaycanda repressiyalar və işgəncələrə qarşı komitənin koordinatorudur.
Oktyabrın 29-da axşam o, yeni işgəncələr kampaniyasına həsr olunmuş mətbuat konfransından qayıdırmış. Piyada keçidində Gülalıyevi taksi vurub. Bu an yaxınlıqda olan avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.
Taksi sürücüsü dayanıb və Oqtay Gülalıyevi xəstəxanaya aparıb, burada ona kəllə sümüyünün və baş beyinin zədələnməsi diaqnozu qoyulub. Oktyabrın 30-da hüquq müdafiəçisi neyrocərrahi əməliyyat edilib – bu barədə Turan xəbər verir.
«İndi əsas məsələ reanimasiya və bərpadır. Beyinin təzyiqdən zədələnməsinin nəticələrini hələ qiymətləndirmək lazımdır. Lakin sağalmaya ümid var», – həkim deyir.
Sürücü barəsində yol hərəkəti qaydalarının pozulması və sağlamlığa yüngül xəsarətin yetirilməsi maddəsi üzrə cinayət işinə başlanıb.
Ehtiyatsızlıq, yoxsa qəsd?
Oqtay Gülalıyevin bəzi həmkarları, həmçinin müxalifətçilər bu maddəni həddən artıq yumşaq, hadisənin özünü isə düşünülmüş qəsd hesab edirlər.
Zərərçəkmişin oğlu Təbriz Gülalıyev: «Bu cür ehtiyatsızlıq, sadəcə olaraq, mümkün deyil! Videoda görünür ki, sürücü sanki bilərəkdən atamın üstünə sürür».
Vəkil Elçin Sadıqov: «Mən videoya dəfələrlə baxdım və əminəm ki, bu qəsddir».
Yol hərəkəti sahəsində fəal Fazil Məmmədov: «Bu hadisənin bilərəkdən törədilməsini, yaxud təsadüfən baş verməsini birmənalı demək çox çətindir. Lakin mən 95 faiz ehtimalla iddia edirəm ki, sürücü yalnız zərbədən sonra əyləci basmağa başlayıb».
Hüquq-mühafizə orqanları bu ehtimalları təkzib edir.