Azərbaycanın paytaxtını üfunət iyi bürüyüb
Bakının rayonlarında ətrafa yayılan üfunət qoxunun səbəbi kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı hesab edilir, qoxunun dəqiq səbəbi barədə araşdırma aparılır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıb. Qoxu daha çox mikrorayonlarda, Dərnəgül Nərimanov və Xətai rayonlarında hiss olunur.
Qoxunun son günlərdə havanın isti keçməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Ərazidəki atmosfer havasının vəziyyətini öyrənmək üçün, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.
Hazırda havada hiss olunan qoxunun dəqiq səbəbləri məlum deyil, qoxunun səbəbi haqqında hələ ki Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilməyib.
Sosial şəbəkədə də insanlar qoxunun səbəbi olaraq Böyükşor gölündən gileylənirlər, gölün ətrafının daima qoxduğunu yazırlar.