Azərbaycanın paytaxtında yayılmış qoxuya səbəb olduğu deyilən Böyükşor gölü təmizlənir
Bir neçə gün əvvəl Bakıda yayılmış qoxunun səbəbi kimi göstərilən Böyükşor gölündə təmizləmə işləri aparılır.
Gölə yaxın ərazidə yerləşən boya zavodunda baş vermiş yanğın nəticəsində, gölə axıdılmış tullantılar gölün çirklənməsinə, bu çirklənmənin isə havaya yayılan qoxuya səbəb olması bildirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilmiş məlumata görə bu gün Nazirliyin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin texnikaları Böyükşor gölünə gətirilib.
Gölün çirkab qatının toplandığı ərazisi bon çəpəri ilə bağlanıb. Gün ərzində görülmüş təmizləmə prosesində 14 ton çirkab yığılıb.
Ümumilikdə Xidmət tərəfindən gölün çirkab ərazisində 50 faizində işlər yekunlaşdırılıb.
Günlər əvvəl Bakının rayonlarından ətrafa yayılan üfunət qoxunun səbəbi kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı hesab edilir, daha bir ehtimal da boya zavodunda baş vermiş yanğın idi. Qoxunun hardan və necə yayıldığı barədə məlumat isə hələ də dəqiq aydın deyil.
Böyükşor gölü Abşeron yarımadasında ən böyük göldür. Təkcə ətraf ərazi sakinlərinin deyil, eyni zamanda gölə çox sayda ticarət obyekti və zavodların çirkabları axıdılır.