Azərbaycanın ən böyük su elektrik stansiyası əsaslı təmirdən sonra yenidən işə düşüb
Fevralın 27-də Azərbaycanın ən böyük Mingəçevir su elektrik stansiyası (SES) yeddi illik təmir fasiləsindən sonra işini bərpa edib. Prezident İlham Əliyev də SES-in təntənəli açllış mərasiminə qatılıb.
Bərpa olunandan sonra Mingəçevir SES-in gücü 284 meqavatdan 424-ə, yəni 1.5 dəfə yüksəlib. Bərpa əsnasında istifadəyə yararsız turbinlər və mühərrik yeniləri ilə əvəz olunub. Hazırda stansiyada 130 nəfər çalışır.
SES-in açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.
Mingəçevir SES 9 ilə inşa edilib və 1954-cü ildə istifadəyə verilib. Azərbaycan mətbuatı onu Cənubi Qafqazın ən iri SES-i adlandırır, amma Gürcüstadakı İnqur SES-i bir neçə parametrinə görə onu üstələyr.