Azərbaycanda zoomüdafiəçilər ceyranlar üçün otlaqlar uğunda mübarizə aparırlar
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi artıq 10 gündür ki, zoomüdafiəçilərin taleyindən narahat olduğu ceyranların qeydinə qalacağını vəd edib. Otlaq sahələri şumlandığı üçün ceyranlar yemsiz qalıblar.
Hər şey ondan başlayıb ki, təbiəti müdafiə ilə məşğul olan Ecofront qeyri-hökumət təşkilatı ceyranların otlaq yeri olan Qax qoruğu yaxınlığındakı Acınohur düzənliyində aparılan aqrar işlərə diqqət çəkib.
Ecofront üzvləri müəyyən ediblər ki, bu düzəngahın 7500 hektarı “Aqroinkişaf-2017” məhdud məsuliyyətli cəmiyyətə ayrılıb. Üstəlik bu cəmiyyət haqda heç kimə heç nə məlum deyil, internetdə onun haqqında heç bir informasiya yoxdur, hətta Vergilər Nazirliyinin saytında da onun yalnız adı qeyd olunub.
Ecofront ceyranların müdafiəsi üçün kampaniyaya başlayıb və bu kampaniyaya bir sıra sosial şəbəkə istifadəçiləri də qoşulub, onlar profil fotolarına çeyranların şəkli olan çərçivə yerləşdiriblər. BBC-nin azərbaycanca xidməti isə bununla bağlı məqalə hazırlayıb. Nəticədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyan edib ki, durumu araşdırır və aparılan işlərin ceyranlara ziyan urmayacağına söz verir, hətta heyvanların həyatı üçün ən yaxşı şərait yaradılacaq.
Ecofront məlumat verir ki, kənd təsərrüfatı texnikası artıq düzənlikdən aparılıb.