Azərbaycanda siyasi məhbus 17 gündür aclıq edir
Siyasi məhbus Saleh Rüstəmovun səhhəti kritikə yaxındır. Onun həbsinə etiraz olaraq həyata keçirdiyi müddətsiz aclıq aksiyası artıq 17 sutkadır ki davam edir. Sosial şəbəkələrin Azərbaycan seqmentində istifadəçilər Rüstəmovun azadlığa buraxılmasını tələb edirlər.
- Azərbaycanda dörd siyasi məhbusa tam bəraət verilib
- Ermənistana qarşı pressinq: Bakı nə istəyir, Rusiya nə gözləyir? Yerevandan şərh
- Bakıdan şərh: “Ermənistanla sülh sazişi Qarabağ problemini həll etməyəcək”
2021-ci il noyabrın 6-da siyasi məhbus Saleh Rüstəmov azad olunması tələbi ilə müddətsiz aclıq aksiyası elan edib. Onun vəkili Bəhruz Bayramovun sözlərinə görə, Rüstəmovun vəziyyəti pisləşir:
“Saleh Rüstəmovun vəziyyti kritikdir. O, mənə deyib ki, həftənin ortasında quru aclığa keçmək niyyətindədir”, – vəkil “Turan” agentliyinə müsahibəsində bildirib.
Bayramov əlavə edib ki, Rüstəmov halsızdır, çətinliklə danışır və görüşdə cəmi 10 dəqiqə qala bilib.
Sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri #freesalehrustamli heşteqi ilə fleşmob keçirir və onun dərhal azad olunmasını tələb edirlər.
Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz əldə etdiyi gəlirlərlə müxalif Azərbaycan Xalq Cəbhəsi Pariyasına ümumilikdə 30 min dollar vəsait göndərmək və sairə ittihamlarla 7 il və 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Saleh Rüstəmovu siyasi məhbus kimi tanıyıb.
Yerli KİV-lərin yaydığı məlumata görə Azərbaycanın Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı, birinci Qarabağ müharibəsi iştirakçısı Saleh Rüstəmov Rusiyada yaşadığı və işlədiyi zaman özünün də üzvü olduğu AXCP-nin ayrı-ayrı üzvlərinə də kiçik məbləğdı maddi yarımlar edib. O, Azərbaycana yaxın qohumnun dəfninə gələndən üç gün sonra həbs edilib.
2021-ci il noyabrın əvvəlində Azərbaycan parlamenti amnistiya haqda qanun layihəsini qəbul edib, akt birinci və ikinci Qarabağ müharibəsində iştirak edənlərə də şamil edilib. Amma amnistiyaya düşənlərin siyahısında Saleh Rüstəmovun adı olmayıb.