Azərbaycanda Novruz bayramı qeyd edilir
Sovet dövründə Novruz bayramı nəinki rəsmi qeyd edilmirdı, hətta qeyd edənlər təzyiqə məruz qalırdılar. Yalnız 1967-ci ildə Novruz bayramı dövlət səviyyəsində rəsmiləşdi, amma ancaq müstəqillik dövründə qeyri-iş günü elan edildi.
Novruzu həmişə təmtəraqla qeyd edirlər. Məsələn, indi Bakıda küçə tamaşaları və bütün labüd atributlarla xalq şənlikləri davam edir.
Novruzla bağlı çoxlu sayda adət və inanclar var. Onların hamısı köhnədən arınma, azad olma və yeni həyatın başlanğıcını simvolizə edir. Bu adətlərin çoxu atəşpərəstlikdən qalıb. Odun üstündən tullanmaq, bayramqabağı mütləq yır-yığış, qohum əqrabayla paylaşmaq məqsədi ilə bol-bol bişirilən yüksək kalorili şirniyyatlar – bu, Novruzdur.