Azərbaycanda illik inflyasiya proqnozu məlum oldu, uçot dərəcəsi azaldı
İyun ayında Azərbaycanda 0.3 faiz deflyasiya baş verib. İllik inflyasiya isə 3,3 faiz təşkil edib. Eyni zamanda, Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, real sektorun müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya riskinin azaldığını göstərir: “Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5 faiz intervalında formalaşacaq”.
Mətbuat konfransında Elman Rüstəmov bildirib ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişdirilməsi barədə də qərar veri.
Onun sözlərinə görə, uçot dərəcəsinin 7 faizdən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.
Faiz dəhlizinin yuxarı həddi 7,25 faiz, aşağı həddi isə 6,25 faiz müəyyən olunub.