“Azərbaycanda bizim siyasətimizə alternativ yoxdur”, - İlham Əliyev belə hesab edir
“Bu gün, tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi”, – prezident İlham Əliyev 9 fevral parlament seçkilərini şərh edərkən belə deyib.
Bu seçkilərdə iqtidarda olan “Yeni Azərbaycan” Partiyası yenidən qələbə qazanıb. Müxalif və müstəqil namizədlərin böyük əksəriyyəti seçkiləri saxtalaşdırılmış hesab edib. Beynəlxalq təşkilatlar da çoxsaylı pozuntulara diqqqət çəkib və seçkiləri qeyri-demokratik adlandırıblar.
Amma İlham Əliyevin fikrincə, seçki prosesi bütün demokratik meyarlara cavab verib, pozuntular demək olar ki, baş verməyib, olanlar isə ciddi şəkildə araşdırılır.
• Azərbaycanda növbədəkənar parlament seçkilərinin nəticələri
• Bakıda polis seçki saxtakarlığına qarşı keçirilən dinc etiraz aksiyasını dağıdıb – Video