Azərbaycanda bir neçə pornosaytın bloklanması istifadəçilərin gözlənilməz narazılığına səbəb oldu
Azərbaycan ərazisində dünyada populyar olan iki pornosayta giriş bloklanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bunu bu saytların kontentində uşaq pornoqrafiyasının olması ilə izah edib.
Nazirliyin bu addımı azərbaycanlı internet istifadəçiləri arasında gözlənilməz narazılığa səbəb olub. Ona görə “gözlənilməz” ki, təkcə ötən bir neçə ay ərzində böhtan və yanlış informasiya yaymaq ittihamı ilə bir neçə informasiya saytı bloklanıb. Ötən 2017-ci ildə isə Meydan.tv və Azadliq.org (Radio Liberty-nin Azərbaycan variantı) və hökuməti tənqid edən fikirlər dərc edən daha üç sayt bloklanıb. Amma bu hadisələrdən heç biri yerli yuzerləri bu dərəcədə qəzəbləndirməyib. İnformasiya saytlarının bağlanması əsasən jurnalistləri və ictimai fəalları narahat edib. Pornosaytların bağlanması isə geniş ictimaiyyəti. Çoxları bunu şəxsi həyata kobud müdaxilə kimi qiymətləndirdi:
“Əvvəllər ancaq öz hakimiyyətlərini qoruyurdular, indi isə artıq internetdə nəyə baxa biləcəyimiz, nəyə baxa bilməyəcəyimizlə bağlı qərar vermək haqlarının olduğunu düşünürlər”
“Bəli, zülmətə gedirik. Sonra da dövlət üçün “arzuolunmaz” saytları və s-ni bloklamağa başlayacaqlar. Hamiya VPN almağı məsləhət görürəm”
“Məsələ heç bu və ya digər saytın bloklanmasında da deyil… Heç olmasa bunu niyə etdiyinizi izah edin. Yoxsa elə bir hiss yaranır ki, bizi ümumiyyətlə adam yerinə qoymurlar. İnsanları bu dərəcədə qəzənləndirmək olmaz, bunun axırı yaxşı olmayacaq”.
Yeri gəlmişkən, bloklamanın səbəbi barədə – uşaq pornoqrafiyası ilə bağlı versiya az adamı qane etdi və istifadəçilər biri digərindən fantastik səslənən variantlarını təklif etdilər.