Azərbaycanda bir nəfər kanat yolunda qəza nəticəsində həlak olub
Həlak olan Rüzgar Rzayev “Quba Palace” otelinin əməkdaşı olub. Kanat yolu da otelə məxsusdur. Daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. İki nəfər tibbi yardım göstəriləndən sonra evə göndərilib, daha iki nəfər xəstəxanadadır.
Qafqazinfo saytının yazdığına görə, kanatın kəndiri qırılıb və kabinka aşağı aşıb.
FHN bildirib ki, kanat yolu iyunun 20-də təmirə bağlanıb. Bütün zərərçəkənlər təmirçi ustalardır.