Azərbaycan yollarında patrul maşınlarının maketləri peyda olub və onlardan biri artıq “qəzaya” uğrayıb
Azərbaycan yollarında patrul avtomobillərinin plastik maketləri peyda olub. Onlar qəzaların qarşısnın alınması üçün nəzərdə tutulub. Amma maketlərdən biri artıq “qəzaya” uğrayıb – bir avtomobil ona çırpılıb.
• Video: Azərbaycandan olan avtomexanik qadının hekayəsi
Yolda illüziya
Maketlər sayrışan işıq siqnalı ilə, bəziləri isə hətta radarla təchiz olunub. Onları əsasən şəhərlərarası yollarda quraşdırıblar – 1news bildirir.
Maket uzaqdan əsl yol polisi maşını kimi görünür. İdeyaya görə, bu, sürücüləri sürəti azaltmağa, daha diqqətli və ehtiyatlı olmağa məcbur etməlidir.
Bakı Yol Polisi İdarəsindən bildirilir ki, bu, bir çox ölkələrdə təcrübə edilir və Azərbaycan sadəcə dünya təcrübəsini tətbiq edir.
Amma sosial şəbəkə istifadəçiləri bu fikrin uğurlu olacağına inanmır.
Bəzi şərhlər:
“Əgər tezliklə bu maketlər də rüşvət almağa başlasa təəccüblənmərəm”;
“Qaydalara tüpürənlərə qarşı bu cür maketlər gücsüzdür”;
“Tamamilə əhəmiyyətsiz bir şeydir. Birinci dəfədən sonra onları iqnora qoyacaqlar”.
Birinci qəza
İlk “ziyan çəkmiş” maket Bakı-Şamaxı yolunda cəmi bir neçə gün qala bilib.
Maketi vurub sındıran sürücü saxlanılıb, amma onun bunu qəsdən, yoxsa təsadüfən etdiyi haqda heç nə deyilmir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin ilk altı ayı ərzində Azərbaycanda 822 yol qəzası baş verib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur.