Azərbaycan və Türkiyə koronavirusa görə sərhədi bağlayacaqlar
Paylaşmaq
Paylaşmaq
Azərbaycanvə Türkiyəkoronavirusunyayılmasının qarşısını almaq üçün müvəqqəti olaraq sərhədi bağlayacaqlar, hava və quru nəqliyyat əlaqələrini dayandıracaqlar.
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 14-də telefon danışığı zamanı bu qərarı veriblər. Qərar martın 15-də gecə yarısı qüvvəyə minəcək.
Beləliklə Azərbaycanın qonşu ölkə ilə yalnız bir açıq sərhədi qalır – Rusiya ilə.
Hazırda Azərbaycanda yoluxanların ümumi sayı 19 nəfərdir. Onlardan altısı sağalıb, bir nəfər ölüb.