Azərbaycan prezidenti mübarizə aparılması zəruri olan problemləri sadaladı
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin ötən doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş növbəti müşavirəsini keçirib. O, ənənəvi olaraq yığılıb qalmış bütün sosial problemlərə toxunub. Əsas etibarilə bunlar ekologiya və nəqliyyat kimi son zamanlar mətbuatda və ictimaiyyət arasında fəal müzakirə olunan mövzular olub.
Belə ki, məsələn, Əliyev kifayət qədər açıq şəkildə ağacların qanunsuz kəsilməsi ilə məşğul olanları hədələyib. O bilrdirib ki, həmin problemin həllində nəzərə çarpan irəliləyişlər olsa da, hələlik bu məsələ köklü şəkildə həllini tapmayıb.
Bu qanunu pozanların ünvanına prezidentin sözləri kifayət qədər sərt səslənib:
«Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”.
Eyni zamanda, prezident:
- havanı çirkləndirən restoranları bağlanmaqla hədələyib. Söhbət bacalardan çıxaraq Bakını his və qızarmış ət qoxusuna bürüyən təmizlənməmiş tüstüdən gedir. Bu yaxınlarda bu cür obyektlərin qarşısında filtr quraşdırılması öhdəliyi qoyulub;
- bildirib ki, özəl avtobus şirkətləri çox ciddi dövlət nəzarəti altına alınmalıdırlar. Bu zaman o, ötən həftə baş vermiş və rezonans doğurmuş qəzanı xatırladıb: avtobusun qatarla toqquşması nəticəsində uşaq həlak olub, onlarla insan xəsarət alıb.
- dövlətdən mənzil almaq üçün özünü məcburi köçkün kimi qələmə verən şəxslərə qarşı mübarizə aparmağa çağırıb: «Biz bu sahədə ciddi islahatlar həyata keçirməliyik, uçot aparılmalı, şəffaflıq təmin edilməlidir».