Azərbaycan beş erməni əsiri Ermənistana qaytarıb
Beş erməni əsir Bakıdan Ermənistana qaytarılıb. İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycanda saxlanılan erməni əsirlərin qaytarılması qarabaöda Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun iştirakı ilə baş tutub. Bundan əvvəl əsirlərin dəyişdirilməsi Rüstəmov hələ komandan olduğu dövrdə həyata keçirilib.
- BMT-nin Beynəlxalq Məhkəməsində Azərbaycan Ermənistana qarşı. Haaqada nələr baş verib?
- “Azərbaycanla ərazi dəyişikliyi olmayacaq” – Ermənistanın Təhlükəsizlik Şurasının katibi
Yerevandan informasiya
Bakıdan havalanan təyyarə Yerevanın “Erebuni” aeroportunda enib. Beş erməni: Mels Ambardaryan, Rafiq Qarapetyan, Jora Manukyan, Sedrak Soqomonyan, Ovsep Manukyan vətənə qaytarılıb.
Onlardan üçü – Rafiq Karapetyan, Sedrak Soqomonyan və Mels Ambardaryan iyuıun 23-də Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı məhkəməsində eyni hökm iyulun 22-də Jora Manukyan, iyulun 29-da isə Ovsep Manukyan haqda çıxarılıb.
MDB Dövlət Başçıları Şurasının ötən həftə baş tutan iclasında baş nazir Nikol Paşinyan bildirmişdi ki, Ermənistan əsirlərin əvəzində Azərbaycan SQ-nin nəzarəti altında olan ərazilərdə humanitar təhlükə doğuran minalı sahələrin xəritələrini Azərbaycana təqdim etməyə hazırdır.
Amma hələlik əsirlərin əvəzində Azərbaycan tərəfinə minalı sahələrin xəritələrinin verilib-verilmədiyi haqda bildirilmir.
Qarabağda hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycandan 108 hərbi əsir və dinc sakin geri qaytarılmışdı, indi onların ümumi sayı 113 nəfər oldu. Azərbaycan hakimiyyətinin təsdiq etdiyinə görə, Bakıda daha 70 nəfər erməni qalır. Ermənistanlı hüquq müdafiəçiləri hesab edirlər ki, əslində saxlanılan insanların sayı daha çoxdur.
Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra 224 hərbçinin və 22 mülki vətəndaşın harada olması məlum deyil.
Bakıdan informasiya
Material dərc olunarkən Azərbaycanın dövlət strukturlarından erməni əsirlərin qaytarılması faktı ilə bağlı heç bir rəsmi məlumat açıqlanmayıb.
Azərbaycan mediasının məlumatına görə, söhbət Azərbaycan ordusuna və əhalisinə qarşı ağır cinayətlər törətməmiş erməni əsgərlərdən gedir.
“Təhvil verilmiş hərbçilərdən bir hissəsi 2021-ci il mayın 27-də Kəlbəcərdə Azərbaycan ərazisinə daxil olmağa cəhd göstərərkən saxlanılmış iki kəşfiyyat-diversiya qrupunun tərkibindəndir”, – məlumatda deyilir.
Bu, “Bakının növbəti humanitar addımıdır”.