Avropa Parlamenti Ukrayna ilə vizasız rejimi təsdiq edib
Paylaşmaq
Paylaşmaq
Avropa Parlamenti deputatları səs çoxluğu ilə Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi haqda qanun layihəsini dəstəkləyiblər.
Qanun layihəsinin lehinə 521, əleyhinə 75 deputat səs verib, 36 nəfər bitərəf qalıb. Vizasız rejimin qüvvəyə minməsi üçün sənədi Avropa İttifaqı Şurası təsdiq etməlidir.
Vizasız rejimin tətbiq edilməsi ilə bağlı danışıqlar Ukrayna ilə Avropa İttifaqı arasında hələ 2008-ci ildə başlayıb.
2015-ci ildə Avropa Komissiyası bildirib ki, Ukrayna üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib və vizasız rejimin hazırlıq mərhələsini uğurla keçib.
28 mart 2017-ci il tarixindən etibarən Avropa ölkələri ilə vizasız rejim Gürcüstan vətəndaşları üçün tətbiq olunub.