Gələn həftə Brüsseldə baş tutacaq Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Avropa Parlamenti Avropa İttifaqı hökumətini və XİN-ni Ermənistanla viza rejiminin liberallaşdırılması ətrafında dialoqa başlamağa çağırıb.
Ermənistanda həm də hesab edirlər ki, viza rejiminin sadələşdirilməsi mərhələsi uğurla başa çatıb və liberallaşdırma iə bağlı danışıqlara keçmək vaxtıdır.
“Viza rejiminin liberallaşdırılması haqda dialoqa başlamaq üçün Ermənistan müəyyən şərtlərə əməl etməlidir. Ermənistanın xarici siyasi gündəliyində viza rejiminin liberallaşdırılması məsələsi Ermənistan-Avropa İttifaqı çərçivə müqaviləsinin imzalanması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından sonra üçüncü ən mühüm məsələdir”, – parlamentin xarici əlaqələr üzrə komissiyasının rəhbəri, Ermənistanın hakim Respublika Partiyasından olan deputat Armen Aşotyan deyib.
Viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq üçün Avropa İttifaqına bütün üzv ölkələrin razılığını almaq lazımdır, hansılar ki Aşotyanın fikrincə, siyasi iradə nümayiş etdirməli və Ermənistana belə bir imkan verməlidirlər.
Keçmiş parlament deputatı Tevan Poqosyan hesab edir ki, noyabrın 24-nə təyin edilmiş Ermənistan-Avropa İttifaqı əməkdaşlığı haqda müqavilənin imzalanması bütün Aİ ölkələrinin Ermənistanla dialoqa başlamaq üçün siyasi mandat təqdim etməsi üçün müsbət fonu təmin edə bilər.
“İki il əvvəl Ermənistan və Avrop İttifaqı Şərq Tərəfdaşlığının Riqada baş tutan sammitində birgə bəyanatla çıxış ediblər və Aİ Ermənistanla viza rejimi ilə bağlı əməkdaşlığı davam etdirmək öhdəliyi götürüb. Avropa İttifaqının monitorinq qrupu Ermənistana gəlməli və Ermənistanın ötən mərhələdə öz üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirdiyini qiymətləndirməlidir.
Ermənistan viza rejiminin sadələşdirilməsi üzrə addımları yüksək səviyyədə yerinə yetirib və heç bir problemimiz yaranmamalıdır. Amma əlverişli siyasi mühitin yaranması üçün biz əməkdaşlıq haqqında müqaviləni imzalamalıyıq”, – Tevan Poqosyan deyib.