Avropa Parlamenti Azərbaycanı dərhal jurnalist Əfqan Muxtarlını azad etməyə çağırıb
Paylaşmaq
Paylaşmaq
İyunun 15-də Avropa Parlamenti digər məsələlərlə yanaşı Bakıda həbsdə olan jurnalist Əfqan Muxtarlının işini müzakirəyə çıxarıb və qərar qəbul edib.
Brüsseldə yerləşən Avropa Parlamenti Azərbaycan hakimiyyətini “araşdırmaçı jurnalist Əfqan Muxtarlını dərhal azad etməyə və ona ünvanlanan bütün ittihamlara son verməyə” çağırıb.
Avropa Parlamentinin qətnaməsində həmçinin deyilir ki, Azərbaycan hakimiyyəti “jurnalistlər və hüquq müdafiəçilərinə qarşı təqiblərə və onların həbsinə son qoymalı, bütün siyasi məhbusları dərhal azad etməli və ədalətli məhkəmə araşdırması normalarının gözləniləsini təmin etməlidir”.
Əfqan Muxtarlının işi ilə bağlı JAMnews-un xəbərində daha ətraflı oxumaq buradan olar: