Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı daha üç işə baxıb. Qərara əsasən, Azərbaycan dövləti iddiaçılara böyük məbləğdə kompensasiya ödəməlidir. Ümumilikdə Avropa Məhkəməsi Azərbaycanı 282 250 avro cərimələyib.
“Nida” gənclər hərəkatının üzvləri Məmməd Əzizov və Şahin Novruzlunun iddialı əsaslı hesab edilib. AİHM-in qərarına əsasən, onlara qarşı İnsan Haqları Konvensiyasının iki maddəsi pozulub.
Məhkəmənin qərarı ilə Azərbaycan dövlləti Məmməd Əzizova 20 min avro mənəvi təzminat və məhkəmə xərclərinə görə 1500 avro ödəyəcək.
Şahin Novruzlu dövlətdən 22 min avroalacaq – 20 min avro dəymiş mənəvi ziyana görə kompensasiya və məhkəmə xərclərinə görə 2000 avro.
Əsisov və Novruzlu 2013-cü ildə xüsusi xidmət orqanları əməkdaşları tərəfindən həbs ediliblər. 2014-cü ilin mayında Əzizov 7,5, Novruzlu isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
“Fatma Qəniyeva və 17 nəfər Azərbaycana qarşı” işi hələ 2009-cu ildə açılıb. İddiaçılar bağ sahələrinin əllərindən qanunsuz alındığı və yerli məhkəmənin torpaqların icarəsi haqda müqavilələri səbəbsiz ləğv etməsi haqda şikayət ediblər.
Avropa Məhkəməsinin qərarı ilə bu iş üzrə iddiaçıların hər biri Azərbaycan dövlətindən itirdikləri əmlaka görə 13 min avro kompensasiya alacaq. Bu məbləğin 10min avrosu maddi, üç min avro isə mənəvi ziyanın kompensasiyasıdır.
Avropa Məhkəməsi Azərbaycanı daha bir epizod üzrə cərimələyib
Azərbaycan vətəndaşı İlqar Feyzov Azərbaycanın hüquq-mühafizə orqanlarının ona qarşı əməllərini qanunsuz hesab etdiyi üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
İddiaçı bildirib ki, onuqanunsuz olaraq azadlıqdan məhrum ediblər və o bir neçə gün həbsdə keçirib.
AİHM-in qərarı ilə Azərbaycan dövləti Feyzova 5350 avro ödəyəcək, bu məbləğin 4500 avrosu mənəvi ziyanın kompensasiyası üçün, 850 avrosu isə məhkəmə xərcləri üçün nəzərdə tutulub.
Beləliklə, Avropa Məhkəməsi üç epizod üzrə Azərbaycanı ümumilikdə 282 250 avro həcmində cərimələyib.