Avropa İttifaqının xüsusi nümayəndəsinin Cənubi Osetiyada etdiyi bəyanatı ətrafında qalmaqalın sonu
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua ilə onun mayın 16-da Cənubi Osetiyaya səfəri zamanı çıxışının nəticəsində yaranan problemi müzakirə etdi.
Gürcüstanın XİN-də görüş nazirliyin Herbert Zalberə göndərdiyi xüsusi sorğunun nəticəsində baş tutub. Görüş bitəndən sonra Avropa İttifaqının xüsusi nümayəndəsi jurnalistlərə vurğulamaq istədiyini bildirib ki, Avropa İttifaqı Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.
“Bu prinsip Avropa İttifaqında şübhə altına alınmır, mən də onu şəxsən xüsusi nümayəndə olaraq dəstəkləyirəm. Bunu da hamının qarşısında həmişə və hər yerdə açıq şəkildə bildirirəm”, – deyə Helbert Zalber bildirib.
O, həm də vurğulayıb ki, Avropa İttifaqı “dəqiq ifadə edib ki, bu yaxınlarda Cənubi Osetiyada keçən prezident seçkilərinin formatını tanımır, mən də şəxsən bu yanaşmanı tam dəstəkləyirəm”.
Bu siyasi qalmaqalla əlaqədar olaraq Cənubi Osetiyanın da xarici işlər nazirliyi cavab bəyanatıyla çıxış edib:
“Gürcüstanda açıq-aşkar beynəlxalq arenada, o cümlədən də Gürcüstan-Osetiya münasibətlərinin nizamlanması prosesində neytral mövqe tutmalı olan Cenevrə diskussiyaları üzrə beynəlxalq vasitəçilər tərəfindən Gürcüstanın maraqlarının qeyd-şərtsiz dəstəyindən sui-istifadə olunur. Cənab Zalber tərəfindən göstərilən diplomatik nəzakəti Gürcüstanda az qala Avropa İttifaqının onun maraqlarına xəyanəti kimi qiymətləndirilib.
“Cenevrə diskussiyaları”nın Gürcüstandakı iştirakçılarının bu cür uzunsürən yanaşması gücün tətbiq olunmaması haqda sənədin işlənib hazırlanması və qəbul edilməsi, regionda möhkəm təhlükəsizlik sisteminin qurulmasının qarısında duran əsas maneədir”, – Cənubi Osetiyanın XİN-nin bəyanatında deyilir.