Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqı ilə viza rejiminin liberallaşması üzrə fəaliyyət planının yerinə yetirilməsi ilə bağlı hesabatı açıqladı, hesabatda deyilir ki, Gürcüstan bütün lazımi meyarları yerinə yetirib. 2016-cı ilin əvvəlində Şengen sazişi ölkələrinə vizasız giriş qaydasına aid olan qanunverici nizamlamalarına düzəlişlər ediləcək – açıqlanmış hesabatda qeyd edilir. Amma Gürcüstanla viza rejiminin liberallaşdırılması haqqında yekun qərarı Avropa İttifaqının üzv ölkələri qəbul etməlidir.
Gürcüstan Avropa Komissiyasından cavab gözlədiyi vaxt (hesabatın dekabrın 15-də açıqlanacağı güman edilirdi), qəflətən Rusiya Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduğunu bildirdi. Avropa İttifaqı ilə Gürcüstan arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar 2012-ci ildə başlayıb, Fəaliyyət Planı isə 2013-cü ildə təqdim olunub.