Ermənistanda hələdə ATƏT-in Yerevan ofisinin bağlanmasını müzakirə edirlər. Siyasi və ictimai çevrələrdə Azərbaycanın ofisin fəaliyyətinin uzadılmasına necə veto qoya bildiyini anlamağa çalışırlar.
ATƏT-in baş katibinin ofisindən verilən məlumata görə, təşkilatın Yerevandakı nümayəndəliyi yaxın aylarda bağlanacaq. Bundan sonra təşkilat artıq Cənubi Qafqazda təmsil olunmayacaq, çünki Ermənistan hazırda ATƏT ofisinin fəaliyyət göstərdiyi regionun tək ölkəsidir. Ofisin bağlanmasının səbəbi mandatın uzadılmaması qərarıdır ki, bu qərarın da təşəbbüskarı Azərbaycan olub. Məlumata görə, ATƏT-də sədrlik edən ölkələr – Almaniya və Avstriya təşkilatın regiondakı yrganə meydançasını saxlamağa çalışsalar da, Azərbacan razı olmayıb.
Avrasiya – Əməkdaşlıq Fondunun rəhbəri Gevorq Ter-Qabrielyan bu gün junalistlərlə görüşündə deyib ki, ATƏT-in Yerevan ofisinin bağlanması Azərbaycanın böyük oyununda sadəcə ilk addımdır. Bununla belə o, gələcək addımların nədən ibarət ola biləcəyini qeyd etməyib. İstənilən halda o əmindir ki, nümayəndəliyin bağlanmasının birbaşa mənfi təsiri olmayacaq, çünki Ermənistanın ATƏT-lə müştərək proqramları başqa yollarla həyata keçiriləcək.
Ter-Petrosyan hesab edir ki, Ermənistan tərəfi ofisin bağlanmasına imkan verməmək üçün daha çox şey edə bilərdi, bunun üçün isə təhlükənin qarşısını almaqdan ötrü əvvəlcədən müəyyən addımlar atmaq lazım idi.
Fond rəhbəri onu da deyib ki, hazırki prosesdə Rusiyanın da marağı var – Ermənistanı beynəlxalq aləmdən izolyasiyada saxlamaq. Ermənistan isə bu ssenarini nəzərdən keçirməyib, halbuki Rusiya daha əvvəl ATƏT-in Gürcüstandakı ofisini bağlatdırıb.
Ermənistan Milli Məclisinin Beynəlxalq Münasibətlər üzrə Komissiyasının keçmiş sədri Ovannes İqityan hesab edir ki, Azərbaycan ATƏT-in Yerevandakı ofisinin bağlanmasının fəsadlarını hiss etməlidir, bunun üçün isə Ermənistan artıq indidən ATƏT-in növbəti sammitinə hazırlaşmağa başlayıb və Azərbaycanın “destruktiv əməllərini” pisləyən bəyanatla çıxış edib.
Müxalif deputat Edmon Marukyan da hesab edir ki, Ermənistan və ATƏT münasibətlərinə siyasi planda xələl gəlməyəcək, amma ofisin saxlanması üçün Ermənistanın yetərincə səy göstərməməsi fikri ilə razı deyil. Onun sözlərinə görə, “Azərbaycan israrlılıq nümayiş etdirib və sona qədər gedib”.