Ermənistan və Azərbaycan oktyabrın 18-i gecə yarısından etibarən atəşkəs haqqında qərar veriblər
Oktyabrın 18-də yerli vaxtla saat 00:00-da Ermənistanla Azərbaycanın humanitar atəşkəs haqqında birgə qərarı qüvvəyə minib. Qərarın qəbul edilməsindən az öncə Rusiya XİN başçısı Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə telefon danışıqları aparıb.
“Bu qərar Fransa, Rusiya və ABŞ prezidentlərinin 1 oktyabr və ATƏT-in Minsk qrupunun həmsədrlərinin 5 oktyabr bəyanatlarının, eləcə də oktyabrın 10-da Moskvada qəbul edilmiş birgə bəyanatın davamı kimi qəbul edilib”, – Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin saytlarında dərc edilmiş məlumatlarda bildirilir.
Rusiya XİN Sergey Lavrovun Ceyhun Bayramovla və Zöhrab Mnatsakanyanla telefon danışıqlarının bəzi təfərrüatını açıqlayıb.
• Söhbət zamanı hələ oktyabrın 10-da Moskvada tərəflərin gəldikləri atəşkəs haqqında razılığa ciddi riayət olunmasının vacibliyi vurğulanıb.
• ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baza prinsipləri əsasında tezliklə sülh tənzimlənməsinə nail olunması məqsədilə substantiv danışıqların başlanması haqqında əldə olunmuş razılığın vacibliyi təsdiq edilib.
• Oktyabrın 1-də Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağ üzrə bəyanatının aktuallığı qeyd olunub.