Tanınmış suxumlu heykəltəraş Arxip Labaxua əsasən şəhər heykəltəraşlığı janrında işləyir.
Fazil İsgəndərin əsərlərinin qəhrəmanları olan Çik və onun rəfiqəsi Nikanın Suxumidə, dəniz sahilində bir neçə il bundan əvvəl qoyulan tunc heykəlləri artıq Abxaziya paytaxtının simvollarından birinə çevriliblər, bu işlərin müəllifi olan Arxip Labaxuanın özü isə ən tanınmış və öz üslubu ilə seçilən abxaz rəssamlarından biri oldu.
Labaxuanın “Filosof pinqvin, “Taçkum və bir çox başqa şəhər miniatürləri Suxuma xüsusi cazibə və kolorit verir.
Bundan başqa, Arxipin öz marionet teatrı var. Onun repertuarında olan “Qırmızı Aktyor, “Kölgənin qoxusu, “Qara cadu və “Artıq vecimə deyil pantomima tamaşaları özündə həm ənənəvi texnika, həm də müəllif “aplikesini birləşdirir.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.