Tsxinvaldakı apteklərdən biri şəhər tarixində ilk dəfə olaraq müşahidə kamerası quraşdırdı. Təşəbbüs fərdi sahibkar, aptek video-müşahidəsi işində pioner olan Lili Kuluxovaya məxsusdur.
Video-müşahidə sistemini bir il əvvəl quraşdırdılar və indi işçilər yekun vururlar: müasir texnologiyaların üstünlüyü göz qabağındadır.
“Artıq əşyalarımız itmir, – Lili Kuluxova bölüşür, – əvvəllər diş fırçaları, digər xırda şeylər olurdu ki itirdi, indi artıq daha oğurlamırlar.
Aptek işçiləri hesab edirlər ki, məsələ təkcə video-çəkilişin aparılmasında deyil, əsas məsələ ondadır ki, aptek müşahidəni canlı göstərir – ekran elə buradaca, piştaxtanın üstündə quraşdırılıb. Kamera özünəməxsus psixoloji maneə rolunu oynayır:
“Adam malın nəzarət altında olduğunu görür, buna görə də oğurluq etməyə əli qalxmır Aptek və ya mağazanı video-müşahidə sistemi ilə təchiz etmək 35 min rubla (təxminən 460 dollara) başa gəlir. Can rahatlığı daha dəyərlidir, buna görə də Tsxinvalın digər aptekləri də Lilinin qabaqcıl təcrübəsindən faydalanmağa hazırlaşırlar. Yeri gəlmişkən, bəziləri artıq bunu edib – video-müşahidə haqqında müvafiq xəbərdarlıq Tsxinvalın müxtəlif rayonlarındakı bir neçə aptekin qapısından asılıb.
Alıcılardan biri kameraların işlədiyinə şübhə etdiyini bildirdi – “Ola bilsin ki, bu adi butaforiyadır – oğruları sadəcə qorxutmaq əvəzinə texnikanı işlətmək üçün pul xərcləmək nəyə lazımdır ki?
İstənilən halda video-müşahidə məsələsi ancaq o aptekləri narahat etmir ki, orada piştaxta alıcı üçün əl çatan şəkildə quraşdırılmayıb.