Rusiya konstitusiyasına düzəlişlər üzrə səsvermənin tarixi də elan olunub – 22 aprel.
Hansı düzəlişlər təklif edilir
Aşağıdakı düzəlişlər daha çox diqqətə səbəb olublar:
• Konstitusiyada tanrının aşağıdakı formada xatırlanması: “…bizə idealları və Tanrıya inamı miras qoymuş əcdadların xatirəsini qoruyaraq…”
• “Vətənin müdafiəsində xalqın şücaətinin əhəmiyyətinin azaldılmasının” qadağan edilməsi
• Nikahı “qadın və kişi arasında ittifaq” kimi təfsir edərək, eynicinsli nikahların qadağan olunması
• Uşaqların “Rusiya Federasiyasının sərvəti” elan olunması
• Rus xalqının “dövlət qurucusu xalq” elan edilməsi.
Eksperlərin rəyləri
Ali İqtisadiyyat Məktəbinin professoru, konstitusiya hüququ üzrə mütəxəssis Yelena Lukyanova hesab edir:
«Məndən soruşurlar ki, yeni düzəlişləri niyə müzakirə etmirəm. Cavab verirəm – peşəkar baxımdan müzakirə edilməli heç nə yoxdur. Orada olanlar ya konstitusiya tərəfindən tənzimlənmə predmeti olmayan mətnlər, yaxud da icralarının nəzarəti və məsuliyyəti olmayan qəribə bəyanatlardır. Çox yumşaq desək, bu düzəlişlərin hazırlanmasında hüquqi formalaşdırma qanunlarına riayət edilməyib. Bunu niyə müzakirə edək?»
Politoloq, “University College of London” elmi əməkdaşı Vladimir Pastuxov:
«Başlıca sual – bu konstitusiya düzəlişləri mütləqiyyəti az qala açıq şəkildə özünün idealı elan etmiş hakimiyyətin nəyinə lazımdır? Biz anlayırıq ki, Vladimir Putin hakimiyyəti əlindən buraxmağı özünə rəva görə bilmir. Onun davranışından aydın olur ki, bunu etməyə hazırlaşmır da».
Sosial şəbəkələrin əks-sədası
Təklif edilən konstitusiya düzəlişləri sosial şəbəkə istifadəçilərində gur əks-səda doğurub:
“Təklif edirəm ki, konstitusiyaya sürtülmüş alma və mayonez də əlavə edilsin”
“Tanrı konstitusiyada mütləq xatırlanmalıdır – aşağıdakı kimi: “Şükür tanrıya, Rusiya dünyəvi dövlətdir”
“Konstitusiyada əks olunmalıdır ki, arağın dərəcəsi 40, krandan gələn isti suyun dərəcəsi 60 olmalıdır”
“Nikah – kişi ilə qadın arasında Sovet ittifaqıdır”