Apple köhnə iPhone-ların sürətini azaltdığını etiraf edib
Paylaşmaq
Paylaşmaq
Apple bəyanat yayaraq, etiraf edib ki, iPhone-un köhnə modellərinin sürətini qəsdən azaldır, CNN xəbər verir.
Bu, iPhone istifadəçiləri yeni proqram təminatı çıxandan sonra cihazlarının sürətinin azalmasını bir neçə gün sərasər fəal şəkildə müzakirə edəndən sonra baş verib. Telefonların sürətinin azalmasını internetdə müzakirə edən iPhone sahiblərinin əksəriyyətinin fikrincə, Apple öz köhnə cihazlarının məhsuldarlığını ona görə ləngidir ki, yeni modelləri daha çox sata bilsin.
Dərc olunmuş bəyanatda şirkət bildirir ki, həqiqətən də köknə iPhone telefonlarının sürətini qəsdən azaldır, amma bunu telefonların akkumlyatorlarının yenilənmiş proqram təminatına tab gətirə bilməsi üçün edib.
Şirkət nümayəndələri bildirirlər ki, zamanla iPhone akkumlyatorları daha az yüklənməyə dözə bilir, buna görə də onarın iş sürətinin azaldılması smartfonların gözlənilmədən sönməsinin və ya digər texniki xətaların qarşısını almaq üçün edilib.
Apple onu da qeyd edib ki, bu iş prinsipindən imtina etmək niyyətində deyil. Şirkət bundan sonra da iPhone akkumlyatorlarının həddən artıq yüklənməməsinə xidmət edəcək.
Bu ilin payızında Apple iki yeni smartfon istehsal edib: iPhone 8 və iPhone X. Dövriyyəyə daha daha əvvəl buraxılan səkkizinci iPhone-un satışı uğursuzluğa düçür olub, çünki bütün ən yeni texnologiyalar flaqman versiyasında – iPhone X-da toplanıb